Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

 

QHT. az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Taliban XİN-in nümayəndəsi Əbdül Qəxar Bəlxi X hesabında yazıb.

 

Bildirilib ki, səfir Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktub təqdim edib.

 

Qeyd edək ki, 13 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib.

 

Xarici işlər naziri Ceyhun Bayramov ötən ilin dekabrında bildirib ki, Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır