“Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir. Dövlət başçısı “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlilliyi olan şəxslər cəmiyyətdə fəal rol oynasınlar. Yəni onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” deyə bəyan etmişdir”.

Bu fikri Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə QHT.az-a açıqlamasında bildirib. Hazırda ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxsin olduğunu bildirən QHT sədri qeyd edib ki, onların Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar: “Məqsədimiz eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir. Eyni zamanda əhalinin sosial müdafiəsi və sağlamlığının qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslərin ünsiyyət dili olan jest dilinin öyrənilməsi və təbliğinə kömək etmək, müvafiq istiqamətdə maarifləndirmə işini təşkil etmək təşkilatın məqsədləridir”.

 

Pərvanə Fərhadqızı