AFP-nin son xəbərinə görə, Miçiqan Dövlət Universitetində silahlı hücum olub. İlkin məlumata görə, hücum zamanı 3 nəfər həyatını itirib.
QHT.az xəbər verir ki, ABŞ növbəti dəfə silahlı hücuma səhnə oldu.
Miçiqan Dövlət Universitetinin kampusunda atışma baş verib.
AFP-nin xəbərinə görə, hücum nəticəsində ən azı 3 nəfər həyatını itirib.
Miçiqan Ştat Universitetinin polisi Twitter hesabından verdiyi açıqlamada 5 nəfərin yaralandığını bildirib.
Kampus polisinin müvəqqəti rəis müavini Kris Rozman bildirib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.












