“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda edilən dəyişikliyə əsasən Azərbaycanda turizm sahəsində keçirilən müsabiqə üzrə qrant mübahisələri üçün yaradılacaq  Apellyasiya Komissiyasının  üzvlərinin bitərəf qalmasına icazə verilməyəcək

QHT.az xəbər verir ki, Qaydanın 4.11-ci bəndi aşağıdakı yeni redaksiyada verilib.

"Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Donor tərəfindən biri müstəqil ekspert, digərləri Donorun əməkdaşları olmaqla, 3 (üç) nəfər üzvdən ibarət tərkibdə Apellyasiya Komissiyası yaradılır.

Apellyasiya Komissiyasının iclasları üzvləri tam tərkibdə iştirak etdikdə baş tutmuş hesab olunur. Apellyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu və üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı Apellyasiya Komissiyası üzvlərinin bitərəf qalmasına icazə verilmir. Qiymətləndirmə Komissiyasının üzvləri və ya əvvəllər üzvü olmuş şəxslər Apellyasiya Komissiyasının üzvü ola bilməzlər.”;"