Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Adanada 11 binanın sökülməsi ilə əlaqədar 15 nəfər saxlanılıb.
QHT.az xəbər verir ki, Bölgə Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil Cinayətlər Mübarizə Şöbəsi qrupları, zəlzələlərdə şəhərdə inşa edilən 11 binanın çökməsi səbəbiylə aralarında inşaat mühəndisi, podratçı, statikdən məsul texnik və kooperativ idarəçilərinin də olduğu 15 şübhəlini tutdu.
"Mümkün qəsdən yaralama və öldürmə" iddiası ilə nəzarətə alınan şübhəlilər sağlamlıq müayinəsi üçün Adana Ədliyyə Tibb Birliyinə gətirilib.
Sağlamlıqları yoxlanılan şübhəlilər daha sonra polis bölməsinə aparılıb.












