TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT MƏKTUBU
Bütün tender iştirakçılarına 30.06.2020
Tenderin adı: “İcma əsaslı Aqrorturizmin kənd yerlərinin inkişafı strategiyası olaraq təşviqi” layihəsi çərçivəsində müxtəlif çap işlərinin görülməsi (dizayn, çap)
Layihə adı: “İcma əsaslı Aqroturizmin kənd yerlərinin inkişafı strategiyası olaraq təşviqi”
İcraçı: «Yerli İdarəetməyə Yardım» İctimai Birliyi
Donor: Avropa İttifaqı
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma əsaslı Aqroturizmin kənd yerlərinin inkişafı strategiyası olaraq təşviqi” layihəsi çərçivəsində müxtəlif çap işlərinin görülməsi (dizayn, çap) xidmətlərini satın almaq niyyətindədir. Bununla əlaqədar olaraq Sizi əlavə edilmiş Elana uyğun təklifinizi verməyə dəvət edirik. Tenderdə hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilər.
Müraciət üçün son tarix: 15.07.2020-ci il
Təklifə aşağıdakı sənədlər daxildir:
- Şirkət/Fiziki şəxs haqqında məlumat
- Vergilər Nazirliyinin reyestrindən çıxarış
- Oxşar təcrübə
- Əlaqələndirici şəxsin (şirkət rəhbərinin və s) şəxsiyyət vəsiqəsinin surəti
- Qiymət təklifi
Qiymət təklifi qanunvericiliklə nəzərdə tutulmuş vergi və digər xərclər nəzərə alınmaqla hazırlanmalıdır.
Təkliflər keyfiyyət və qiymət meyarları əsasında qiymətləndiriləcək və namizədlərin topladıqları balların sıralamasına görə birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılacaq. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.
Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı (şirkət və ya mütəxəssis) ilə əlaqə saxlanacaqdır. Müsabiqədən keçməyən iştirakçılara tenderin nəticələri haqqında cavab göndərilməyəcəkdir.
Əlavələr:
Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 12 İyul 2020-ci il tarixinədək [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 12 İyul 2020-ci il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır.
Tender komissiyası












