“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı Ümumdünya Həkimlər Günü münasibətilə QHT.az-a açıqlama verib.
Çingiz Ramazanlının sözlərinə görə, 6 oktabr Ümumdünya Həkimlər Günü hər il həkimlərin fədakarlığını və insanlara göstərdikləri qayğını yad etmək, onların cəmiyyət üçün oynadığı mühüm rolu vurğulamaq məqsədilə qeyd olunur:
“Bu gün cəmiyyətin həkimlərə olan hörmətini ifadə etməsi üçün xüsusi əhəmiyyət daşıyır. Həkimlər insanların həyatını qorumaq və sağlamlığını təmin etmək üçün böyük zəhmət çəkirlər. Onların səyləri yalnız tibb sahəsi üçün deyil, bütün cəmiyyət üçün qiymətlidir. Həkimlər fədakarlıqları ilə cəmiyyətə ümid və etibar hissi bəxş edirlər. Həkimlərin əməyinin tanınması onların motivasiyasını artırır və cəmiyyətin sağlamlıq sektoruna diqqətini yönəldir. Bu gün vasitəsilə insanlar birlikdə hörmət və minnətdarlıq nümayiş etdirirlər.”
QHT sədri qeyd edib ki, bu gün həm də həkim peşəsinin gənc nəsillər üçün nümunə olduğunu xatırladır:
“Həkimlər yalnız peşəkar deyil, həm də insanlıq nümunəsidir. Onların zəhmətinə diqqət göstərmək cəmiyyətin etik və mədəni inkişafına xidmət edir. Bu gün həkimlər arasında həmrəylik və dəstək hissini gücləndirir. Ümumdünya Həkimlər Günü cəmiyyət üçün sağlamlığa, insan həyatına və peşə fədakarlığına verilən dəyərin rəmzidir. Bu gün həkimlərin həyatımıza verdiyi dəyəri bir daha xatırlatmaq üçün gözəl fürsətdir.”
Qeyd edək ki, hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu günün başlıca mahiyyəti eyni əlifba - latın qrafikası ilə işləyən dünya həkimlərinin həmrəyliyidir.
Pərvanə Fərhadqızı












