3-5 oktyabr 2025-ci il tarixində Avropa Hemofiliya Konsorsiumunun təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərində beynəlxalq elmi konfrans keçirilmişdir.
QHT.az xəbər verir ki, bu barədə məlumatı Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, onfransa 39 avropa ölkəsindən pasiyent təşkilatları, həkimlər və alimlər təşrif buyurmuşdular və dünyanın tanınmış həkimləri tərəfindən müxtəlif diaqnozlarla müşahidə edilən qanın laxtalanma pozğunluğu ilə olan xəstəlikərin müalicəsində müasir multidisiplinar müalicə barədə çıxışlar edilmişdir.
Beynəlxalq konfransda əsas toxunulan mövzular:
1) Qadın və qızların qanaxmalarına xüsusi yanaşma və onların həyat keyfiyyətlərinin yaxşılaşdırılması.
2) Gen terapiyası və əldə olunan nailiyyətlər.
3) Müasir uzun müddət təsir edici dərman preparatları.
4) Qanaxmalı pasiyentlərin ağız boşluğunun qorunması və digər vacib mövzular çıxışlar arasında öz yerini almışdır.
Qeyd edək ki, Azərbaycandan Avropa Hemofiliya Konsorsiumuna yegəna üzv təşkilat Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynov iştirak edərək ölkəni təmsil etmişdir.












