Bu gün Ümumdünya Həkimlər Günü qeyd olunur. Lakin bu günün cəmiyyət üçün mənəvi və ictimai əhəmiyyəti ilə bağlı fikirlər birmənalı deyil.
Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva QHT.az-a açıqlamasında bildirib ki, bu günün qeyd olunması hazırkı dövrdə cəmiyyət üçün xüsusi mənəvi və ictimai dəyər daşımır:
“Məncə bu halda keçirilən Ümumdünya Həkimlər Gününün konkret olaraq bizim cəmiyyətdə heç bir mənəvi və ictimai əhəmiyyəti yoxdur. Çünki cəmiyyətdə həkimlər haqqında o qədər mənfi fikirlər formalaşdırıblar ki, baxmayaraq ki, 40 ilin həkimiyəm, inan, artıq xəstələrlə kontaktda olmaq istəmirəm"
Sveta Rəfiyeva qeyd edib ki, həkimlik Allah tərəfindən seçilmiş ən müqəddəs peşələrdən biridir:
“Əgər söhbət həkimlik peşəsindən gedirsə, Allahdan üç dənə peşə var – müəllim, həkim və hakim. Həkimlik müqəddəs, fədakarlıq tələb edən bir işdir. Həkimlik peşəsinə cəmiyyətdə olan inamın və hörmətin bərpası üçün həm səhiyyə sistemində, həm də ictimai münasibətlərdə dəyişikliklərə ehtiyac var"
Pərvanə Fərhadqızı












