2023-cü ilin yekunları göstərir ki, əsas makro-iqtisadi göstəricilərdə artımlar məhz qeyri-neft sektoru hesabına baş verib. ÜDM-də qeydə alınan 1.1 faiz artım da məhz enerjidən kənar sektorlar hesabına reallaşıb. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb.
QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, oxşar mənzərə sənayedədir. 2023-cü ildə neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb. Neft-qaz sektorundakı azalma həm hasilatın azalması, həm də 2023-cü ildə “qara qızılın” qiymətlərinin 2022-ci ilə nisbətən aşağı olması ilə bağlıdır.
ərvanə Fərhadqızı












