“Yaşıl enerji ilə təmiz gələcəyə doğru” maarifləndirmə tədbirlərinin təşkili layihəsində 17 İyul 2026-cı il tarixində monitorinq aparılıb.

QHT.az xəbər verir ki, monitorinqin əsas məqsədi layihə çərçivəsində keçirilmiş təlimlərin iştirakçılar tərəfindən mənimsənilməsini qiymətləndirmək, onların yaşıl enerji və ətraf mühitin qorunması ilə bağlı əlavə bilik və məlumatlara olan ehtiyaclarını müəyyənləşdirmək, həmçinin Ekoklubun yaradılmasına maraq və hazırlıq səviyyəsini öyrənmək olub.

Monitorinq zamanı iştirakçılara xüsusi hazırlanmış sorğu vərəqləri təqdim edilib. Sorğuda iştirakçılara layihə fəaliyyətləri, əldə etdikləri biliklər, əlavə maarifləndirmə ehtiyacları və Ekoklubun fəaliyyətində iştirakla bağlı suallar ünvanlanıb. İştirakçılara sorğunu müəyyən edilmiş müddət ərzində cavablandırmaq üçün vaxt verilib.

Əlavə olaraq, qrup işi və sual-cavab sessiyaları vasitəsilə iştirakçıların ekoloji mövzulara maraq və yanaşmaları öyrənilib, onların Ekoklubun fəaliyyətinə qoşulmaq və üzv olmaq maraqları müəyyən edilib.

Doldurulmuş sorğu vərəqləri nəticələrin təhlili və ümumiləşdirilməsi məqsədilə monitorinq komissiyasına təqdim edilib.