Uşaq Səfirlər Məclisinin Laçın rayon üzrə nümayəndələri Hüseyn Alızadə və Fəridə Həsənovanın təşəbbüsü, Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Laçın rayon 28 nömrəli tam orta məktəbdə "Əbədiyaşar Ulu Öndər" adlı tədbir təşkil olunub.
QHT.az xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin şagirdləri və iştirakçılar tərəfindən dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbir zamanı Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında oynadığı əvəzsiz rolu vurğulanıb, onun siyasi irsinin gələcək nəsillər üçün bir örnək olduğu qeyd edilib.
Sonda təşkilatçılar Uşaq Səfirlər Məclisi və Laçın Rayon İcra Hakimiyyətinin bu cür tədbirləri gələcəkdə də davam etdirəcəklərini bildiriblər.












