"Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyinin sədri Namiq Nəcəfov QHT.az-a özəl açıqlamasında bildirib ki, gələn il təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri yeniyetmələrə piyada mədəniyyətinin aşılanması olacaq.
QHT sədri qeyd edib ki, bu təşəbbüsün məqsədi gənc nəslin yol hərəkəti qaydalarına riayət etməsi, ictimai yerlərdə davranış etikası və təhlükəsizlik vərdişlərinin inkişaf etdirilməsidir:
"Layihə çərçivəsində müxtəlif maarifləndirici tədbirlər, təlimlər və praktik məşğələlər təşkil ediləcək. Bu təşəbbüs yeniyetmələrin ictimai məsuliyyətini artıracaq və daha təhlükəsiz cəmiyyətin formalaşmasına töhfə verəcək".
Pərvanə Fərhadqızı












