Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri cənab Ruslan Quliyev ilə “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova arasında görüş keçirilib.
QHT.az xəbər verir ki, görüş zamanı İctimai Birliyin 2026-cı il üzrə fəaliyyət planı, eləcə də sağlamlıq və termal turizmin davamlı inkişafı istiqamətində görüləcək işlər müzakirə olunub. Müzakirələr çərçivəsində sağlamlıq və termal turizmin regionların sosial-iqtisadi inkişafına töhfəsi, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, ekoloji və sosial məsuliyyət prinsiplərinə əsaslanan layihələrin həyata keçirilməsi, eləcə də Türkiyə–Azərbaycan əməkdaşlığı kontekstində birgə təşəbbüslər diqqət mərkəzində olub.
Tərəflər davamlı turizm prinsiplərinə uyğun olaraq elmi, maarifləndirici və praktiki layihələrin icrasının vacibliyini vurğulayıb, qarşıdakı dövrdə birgə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından faydalı olub.












