Qırğızıstanda Pobeda zirvəsinə qalxan və 12 gündür xəbər ala bilməyən 4 əcnəbi alpinistin axtarış-xilasetmə işləri davam edir.
QHT.az xəbər verir ki, iyulun 11-də Qırğızıstanın Pobeda zirvəsinə qalxan 4 alpinist, 3 rus və bir litvalıdan hələ də xəbər yoxdur. Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada, xarici alpinistlər üçün başladılan axtarış-xilasetmə işləri ilə əlaqədar nazirlik tərəfindən bölgəyə göndərilən 10 nəfərlik qrupun Güney Enilçek düşərgəsinə eniş etdiyi bildirilib. Açıqlamada bildirilib ki, göndərilən qrup 2 gün yüksəkliyə uyğunlaşma prosesindən keçdikdən sonra 6 min metr yüksəkliyə qalxaraq axtarış-xilasetmə işlərinə başlayacaq.
Pərvanə Fərhadqızı












