ABŞ-ın Nyu-Hempşir ştatında çoxlu insanla birlikdə kiçik təyyarə çimərlikdə dənizə düşüb.

QHT.az xəbər verir ki, çoxlu insan çimərlikdə olarkən tək mühərrikli Piper PA-18 tipli təyyarə dənizə düşüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis qrupları göndərilərkən, qəzada ölən və yaralanan olmadığı bildirilib. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil.

 

Pərvanə Fərhadqızı