Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və Tatarıstan Respublikasının Dövlət Şurasının qadın deputatları "Merhamat - Mercy" assosiasiyasının rəhbəri Alsu Nabiyeva, deputatlar Lyudmila Rıbakova və Rüzilə Timarqaliyeva arasında ikitərəfli dostluq görüşü keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin üzvlər Pərvanə Mustafayeva, Aynur Musayeva, Aynur Hüseynova, Mədinə Paşayeva, Aida Kahveçi, Pərvanə Axundova iştirak edib. Burada iki ölkəni birləşdirən tarixi, mədəni və iqtisadi dəyərlərə dair danışıqlar aparılıb. Həmçinin gələcəkdə hər iki ölkənin qadın sahibkarlarının yeni perspektivləri və əməkdaşlıqları da müzakirə olunub.

Görüş BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci bəndinə uyğundur. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

 

Pərvanə Fərhadqızı