Kanadanın Britaniya Kolumbiyası əyalətində nəzarətdən çıxan meşə yanğını səbəbindən bütöv bir şəhəri boşaltmaq qərarına gəliblər.
QHT.az xəbər verir ki, Osoyoos şəhəri və ətrafının sakinləri üçün evakuasiya əmri verilib. Bu qərara səbəb 885 hektar ərazini əhatə edən meşə yanğını olub. Şəhərdə 6,7 minə yaxın insan yaşayır.
Yanğının söndürülməsinə iki helikopter və digər texnika cəlb olunub. Hazırda xilasedicilər işlərini davam etdirirlər.
Pərvanə Fərhadqızı












