Perunun şimal-qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 15 nəfər ölüb.
QHT.az xəbər verir ki, San Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub. 20-dən çox insan xəsarətlə xəstəxanalara çatdırılıb.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Peru Quru Nəqliyyat İdarəsi araşdırmaya başladığını açıqlayıb.
Pərvanə Fərhadqızı












