Krivoy Roqda rus qoşunları çoxmərtəbəli binanı vurublar
QHT.az xəbər verir ki, iki nəfər ölüb, 25 nəfər yaralanıb. Bir raket təhsil müəssisəsinin dörd mərtəbəli binasına düşüb. Dağıntılar altında insanlar var. Xilasedicilər və polislər iş başındadırlar. İkinci raket yaşayış binasının 4-cü mərtəbəsindən 9-cu mərtəbəsinə qədər olan hissəsini dağıdıb. Yanğın baş verib. Saat 10:15-ə olan məlumata görə, 1 nəfər ölüb, 10 sakin tibbi yardım istəyib. Fövqəladə hallar işçiləri yanğını söndürüb, dağıntıları sıralayıblar. Xilasetmə işləri davam edir.
Pərvanə Fərhadqızı












