Kolumbiyalı polis rüşvət alacağı xəbəri aldıqdan sonra tutulmamaq üçün 50 min peso əskinaslarını udmağa çalışdıqdan sonra xəstəxanaya yerləşdirilib.

QHT.az xəbər verir ki, Kolumbiyada polis məmuru iş adamını saxlamamaq üçün pul tələb edib. Polisə rüşvət verən şəxs daha sonra ölkənin korrupsiyaya qarşı mübarizə idarəsinə məlumat verib. 

Korrupsiyaya qarşı mübarizə aparan müstəntiqlər bildirilən polisi sorğu-sual etməyə gedəndə təşviş içində olan polis aldıqları pulu udmağa çalışıb. Polis əməkdaşı boğulmaq üzrə olan zaman təcili yardıma aparılıb. 

Hadisə yerindən çəkilən görüntülərdə boğulan polisin müstəntiqləri “mən günahsızam, pul almamışam” sözləri ilə razı salmağa çalışdığı görünür.

Həkimlər polisin mədəsindən 50 min peso əskinaslarını çıxararaq məmuru müalicə ediblər. Yerli prokurorluğun direktoru yerli jurnalistlərə bildirib ki, “Əskinasların hazırlandığı material bərk materialdır, kağız puldur və asanlıqla həzm olunmur”.

 

Pərvanə Fərhadqızı