Saat 08:53-də İzmirdə 3,9 bal gücündə zəlzələ baş verib.
QHT.az xəbər verir ki, İzmirin Buca rayonunda saat 08.53-də baş verən zəlzələnin dərinliyi 10.19 kilometr olub.
Məlumat üçün bildirək ki, zəlzələlərin tez-tez baş verdiyi Türkiyədə 1939-1999-cu illər arasında beş böyük zəlzələ olub. 1900-cü ildən bəri bu torpaqlarda baş verən 76 zəlzələdə 90 mindən çox insan həlak olub. Ölümlərin yarıdan çoxu 1999-1939-cu illər arasında olub.
Son iyirmi ildə dünyada baş verən ən şiddətli zəlzələlər arasında 2200 nəfərin ölümü ilə nəticələnən 2021-ci il Haiti zəlzələsi, 4300-dən çox insanın ölümü ilə nəticələnən 2018-ci ildə İndoneziya zəlzələsi və 2017-ci ildə 400-dən çox insanın ölümünə səbəb olmuş İran və İraq zəlzələsi olub.
Pərvanə Fərhadqızı












