NATO-nun müdafiə nazirləri Ukraynaya silah tədarükü üçün bir araya gəlib. Sammitə silah sənayesinin nümayəndələri də dəvət olunub. Şirkətlərinin adı çəkilməyən İspaniya qəzəblidir.

QHT. az xəbər verir ki, NATO ölkələrinin müdafiə nazirləri Ukrayna müharibəsi, İsveçin üzvlük və genişlənmə strategiyasını müzakirə etmək üçün Brüsseldə bir araya gəlib. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəni milli müdafiə naziri Yaşar Gülərin təmsil etdiyi iki günlük toplantıya sədrlik edir.

NATO-Ukrayna Komissiyasının, daha sonra isə ABŞ-ın rəhbərliyi ilə yaradılan Ukrayna Müdafiə Təmas Qrupunun iclasına 31 ölkənin müdafiə nazirləri qatılıb. Ukraynanın müdafiə naziri Oleksi Reznikov bu sahədə baş verənləri çatdırıb və ölkəsinin hərbi ehtiyaclarını dilə gətirib. Nazirlər həmçinin NATO-nun qarşısının alınması və müdafiənin gücləndirilməsi məsələlərini müzakirə edəcəklər. Bu çərçivədə 300 mindən çox əsgərin yüksək hazırlıq səviyyəsinə keçə biləcəyi yeni regional planlar, onlara ciddi hava və dəniz dəstəyi kimi məsələlər dəyərləndiriləcək.

Brüssel toplantısına Türkiyədən BAYKAR və Aselsan da daxil olmaqla bir çox ölkədən müdafiə sənayesi şirkətləri də dəvət olunub. Qeyd olunub ki, nazirlər müdafiə sənayesi nümayəndələri ilə silah istehsalını artırmaq istəyiblər.

 

Pərvanə Fərhadqızı