“Azərbaycan hökuməti BMT ilə əməkdaşlığa yüksək qiymət verir. Qarşılıqlı əlaqələrin ölkəmiz üçün çox faydalıdır. Qlobal DİM üzrə öhdəliklərin həyata keçirilməsi ölkəmizdə dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan DİM-lərin icrası üzrə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edən regionda ilk və dünyada 10 ölkədən biridir”.- bu sözləri Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov bildirib.
QHT.az xəbər verir, bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci dialoq keçirilib.
Pərvanə Fərhadqızı












