“BMT Azərbaycanla sosial və iqtisadi inklüzivliyi artıracaq, o cümlədən DİM-in sürətləndirilməsi istiqamətində dəstəyini davam etdirəcək”. – bu sözləri BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.

O həmçinin Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin ardıcıl artırılması, eləcə də regionların sosial-iqtisadi inkişafına dair məqsədyönlü proqramların qəbul edilməsi ilə bağlı aparılan islahatları vurğulayıb.

QHT.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının "DİM Dialoqları" təşəbbüsü çərçivəsində "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüziv" mövzusunda Konfransda mövzu ətrafında panel müzakirə keçirilib. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynovun moderatorluğu ilə keçirilən paneldə gender bərabərliyinə nail olunması, təhsildə inklüzivlik, uşaq hüquqlarının müdafiəsi, özəl sektorun və vətəndaş cəmiyyətinin sosial-iqtisadi dayanıqlılığın təmin edilməsində rolu barədə də müzakirələr aparılıb.

 

Pərvanə Fərhadqızı