Soçinin Xostinski rayonunda Matsesta çayı leysan yağışlar səbəbindən məcrasından çıxıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, su İzmailovskaya küçələrinin, Mostovoy və Leçebnıy küçələrinin, həmçinin SNT Matsestanın bitişik ərazilərini basıb.
QHT.az xəbər verir ki, evə bitişik əraziləri və binaların zirzəmilərini su basıb. Hadisə şahidləri sosial şəbəkələrdə binaların və avtomobillərin su altında qaldığını əks etdirən görüntülər yayıblar.
Hadisənin nəticələrinin aradan qaldırılmasına 55 xilasedici və 17 texnika cəlb olunub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda yağış dayanıb.
Pərvanə Fərhadqızı












