19-21 sentyabr 2025-ci il tarixlərində ANA & BALA 7 Sağlamlıq Düşərgəsi qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların ailə üzvlərinə uğurla həyata keçirildi.
QHT.az xəbər verir ki, bu barədə məlumatı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, məqsədimiz biliklərimizi paylaşaraq uşaqların sağlam böyüməsinə dəstək olmaqdır.
Qeyd edək ki, ANA & BALA 7 Sağlamlıq Yay Düşərgəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Həmkarlar Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilib.
Düşərgənin qısa video görüntüsünü sizə təqdim edirik.
Pərvanə Fərhadqızı












