Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
QHT.az xəbər verir ki,
tədbiri giriş sözü ilə açan İnşaat fakültəsinin dekanı, professor Sahib Fərzəliyev ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmişlər.
Daha sonra professor Sahib Fərzəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb. Bildirilib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə siyasi sabitlik təmin olunmuş, iqtisadi inkişafın, dövlət quruculuğunun, təhsil və sənaye sahələrinin inkişafının möhkəm təməli qoyulmuşdur. Eyni zamanda Ulu Öndərin ordu quruculuğu, memarlıq və şəhərsalma sahəsindəki ideyaları, sosial-iqtisadi və siyasi sahələrdə həyata keçirdiyi islahatlar xüsusi qeyd edilmişdir.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Sonda tələbələr tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilmişdir ki, bu da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.