“Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin yaranmasının 8-ci ildönümü və “Sən də Gəl, Sən də Tanı” layihəsinin yekun tədbirində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə çıxış edərək səhiyyə yönümlü QHT-lərin fəaliyyətində müşahidə olunan müsbət dəyişikliklərə toxunub.
QHT.az xəbər verir ki, Cəsarət Hüseynzadə bildirib ki, son illərdə bu istiqamətdə çalışan təşkilatların fəaliyyəti daha da genişlənib:
“Xüsusilə özəl–dövlət–QHT əməkdaşlığının formalaşması milli səviyyədə seçilən nümunələrdən biridir. Qeyd etdiyim məqamlar “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin fəaliyyətində də özünü aydın şəkildə göstərir. Hesab edirəm ki, bu müsbət dəyişikliklər gələcəkdə əhalinin sağlamlığının qorunması, maarifləndirmə işlərinin genişlənməsi və pasiyentlərin həyatında müsbət təsirlərin yaranmasında QHT-lərin rolunu daha da artıracaq”.
Cəsarət Hüseynzadə çıxışının sonunda dəvət üçün KİFYİB-in sədri Səadət Bayramovaya təşəkkürünü bildirib.
Qeyd edək ki, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin “Sən də Gəl, Sən də Tanı” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Pərvanə Fərhadqızı












