"İtaliya və Azərbaycan prezidentləri dünən mətbuata bəyanatlarla çıxış ediblər. İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11,39 milyard dollar olub, ən yüksək göstərici isə 2022-ci ildə 18,12 milyard dollar qeydə alınıb."

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24 faizi İtaliyanın payına düşüb. Azərbaycan enerji məhsullarını, xüsusən mavi qazı Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Cənub Qaz Dəhlizi çərçivəsində 2024-cü ildə qaz ixracatı 8,6 faiz artaraq 12,9 milyard kubmetrə çatıb və ikinci mərhələdə 20 milyard kubmetr planlaşdırılır:

"Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasındakı strateji əməkdaşlığı gücləndirir, İtaliya investisiyalarının qeyri-neft sektoru və işğaldan azad olunan ərazilərə cəlb edilməsinə imkan yaradır".

 

Pərvanə Fərhadqızı