SER növbəti ödənişli hibrid seminarını elan edib.
QHT.az xəbər verir ki, tədbir “Şəriklikdə etdiyimiz 10 səhv” mövzusuna həsr olunacaq. Seminarın təlimçisi i.f.d., İslam maliyyəsi üzrə beynəlxalq sertifikat sahibi Ruslan Atakişiyevdir.
Təlimdə aşağıdakı mövzular müzakirə ediləcək:
-
Kimlə yol gedəcəyini yaxşı tanı;
-
Tamahkarı yalançı aldadar;
-
Ya döz, ya da üz;
-
Örtülü bazar dostluğu pozar;
-
İş – işdir, dostluq – yoldaşlıqdır.
Tarix: 4 oktyabr
Saat: 11:00 – 12:30
Seminar hibrid formatda (canlı və onlayn) təşkil olunacaq. İştirak etmək istəyənlər qeydiyyat üçün “+” işarəsi ilə müraciət edə bilərlər.
Əlaqə nömrələri:
(+994 12) 432-71-75
(+994 77) 767-24-67
(+994 70) 240-95-25












