“Qazprom”un rəhbəri Aleksey Miller Sankt-Peterburq Beynəlxalq Qaz Forumunun plenar iclasında iştirak edib.
QHT.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən qaz forumunun plenar iclasında Aleksey Miller qeyd edib ki, elektrik enerjisi sənayesində qazın payı durmadan artır: “Bu sərfəli və ekoloji cəhətdən təmizdir. Qərb də bunu başa düşür və orada qaz istehlakı hasilatdan dəfələrlə çoxdur. “Qərb ölkələri üçün qaz bazarı dar qalacaq” və onun inkişaf yolları mütləq yeni dünya iqtisadi inkişaf mərkəzlərində - qlobal Cənubi və Asiya ölkələrində müəyyənləşəcək. Rusiya bu gün Qazprom-un etibarlı tərəfdaşı olaraq qalanlarla tərəfdaşlıq münasibətlərini davam etdirəcək".
Pərvanə Fərhadqızı












