Almaniyanın Hamburq şəhərində bir neçə yüz nəfər Hellouin bayramı qeyd etmələri zamanı iğtişaşlar törədib, polisi su şırnaqlarından istifadə etməyə sövq edib.
QHT.az xəbər verir ki, əvvəlcə şəhərin cənub məhəlləsinə əsasən gənclərdən ibarət 200-ə yaxın insan toplaşıb, sonra onların sayı 300-350-yə çatıb. Toplaşanlar polisin dəfələrlə tələb etmələrinə baxmayaraq dağılışmaqdan imtina ediblər.
Polisin məlumatına görə, asayiş keşikçilərinin üzərinə fişənglər atılıb, polis kütləni geri itələməyə çalışıb və su şırnaqlarından istifadə edib. Bundan başqa, həbslər də olub. İtkilər barədə məlumat verilmir. Şəhərin başqa bir yerində 50-yə yaxın gənc fişənglər qoyub, mağazaların vitrinlərini zədələyib, zibil qablarını yandırıb.

 

 

Pərvanə Fərhadqızı