Çilinin Valparaiso bölgəsindəki Vina del Mar şəhərində yayılan meşə yanğınlarında alovlar 400 evə yayılıb. Yanğınlarda 2 nəfər həyatını itirərkən, bölgədə fövqəladə vəziyyət elan edilib.
QHT.az xəbər verir ki, Cənubi Amerika ölkəsi olan Çilidə təsirli isti hava dalğası səbəbindən meşə yanğınları tədricən yayılır. Ölkənin mərkəzi hissəsindəki Valparaiso bölgəsinin Vina del Mar şəhərində davam edən yanğınlar güclü küləyin çatdığı yaşayış məntəqələrində fəlakətə səbəb olub. Şəhərin yanğınsöndürmə idarəsinin rəsmisi Patricio Brito yanğınlarda 2 nəfərin həyatını itirdiyini, 400 evin yandığını açıqlayıb.
Çili prezidenti Qabriel Boric yanğınla əlaqədar Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib.
Yanğın 110 hektar ərazini yandırdığından bəzi məhəllələrin təxliyəsi barədə göstərişlər verilib. Alovun nəzarət altına alınmasının bir neçə gün çəkə biləcəyi bildirilib. Təxminən 800 yanğınsöndürən və 150 mühafizəçi ilə alovla mübarizə davam edir.












