İraqın Kərkük şəhərində polis nəzarət-buraxılış məntəqəsinə silahlı hücum nəticəsində 3 polis yaralanıb.

 

QHT.az xəbər verir ki, İraqın Kərkük şəhərinin cənub-qərbində polis nəzarət-buraxılış məntəqəsinə silahlı hücum edilib. Yoldan keçən motosikletdən açılan atəş nəticəsində biri ağır olmaqla 3 polis əməkdaşının yaralandığı açıqlanıb.

 

Kərkük valisi Rakan Səid hadisə yerində verdiyi açıqlamada, "Biz terrora qalib gəldik və onu məğlub edəcəyik. Təhlükəsizlik qüvvələrimizə güvənirik və ən qısa zamanda bir nəticəyə gələcəyik." deyə bildirib.