İngiltərədə avtomobil oğurluğu hadisəsində ortaya çıxan detal qan dondurdu.
Avtomobilini qarajda işlək vəziyyətdə qoyan qadın qayıdan zaman gördüklərinə inana bilməyib.
QHT.az xəbər verir ki, İngiltərənin Qərbi Yorkşir əyalətində baş verən insident polis bölmələrini səfərbər edib. Oğurluq xəbəri alan polis, həmin maşını təqib etdikdən sonra ələ keçirə bilmişdi.
Polisdən verilən açıqlamada, bir ananın təcili yardım xəttinə zəng vuraraq avtomobilinin oğurlandığını və daha da pisi, uşağının arxa oturacaqda olduğunu deməsindən sonra qrupların hərəkətə keçdiyi qeyd edilib.
Daha sonra polis bölgədə qruplarla geniş axtarışa başlayıb və axtarışa kömək etmək üçün havadan helikopter dəstəyi tələb olunub.
Uzun axtarışlardan sonra polis avtomobili tərk edilmiş vəziyyətdə tapıb.
Balaca oğlanın heç bir zərər görmədən arxa oturacaqda əyləşdiyini görən Polis dərhal anaya müjdə verib. Ailəsinə təhvil verilən uşağın səhhətinin yaxşı olduğu bildirilib.
Polisin fikrincə, oğru oğlanın arxasında olduğunu bilmədən avtomobili qaçırmış ola bilər. Bununla belə, o, istintaqın uşaq qaçırma və avtomobil oğurluğu cinayətləri ilə aparıldığını vurğulayıb












