Göndərilən barıt 80 milyondan çox patron istehsal etmək üçün kifayət edəcək.

QHT.az xəbər verir ki, Çin şirkətləri Rusiya Federasiyasına müharibə aparmağa kömək edir. Rusiyadakı Barnaul Sursat Zavodu Çindən barıt alıb ki, bu da 80 milyondan çox patron istehsal etməyə kifayət edir. 

Qeyd olunur ki, bu məlumatlar “Ukraynada işğalçılıq müharibəsi aparan Rusiyaya dəstək verməkdə Çinin rolu məsələsini yenidən gündəmə gətirir”.

 

Pərvanə Fərhadqızı