Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin Rusiya Federasiyasında təşkil etdiyi üsyanı “kürəyindən bıçaq zərbəsi” adlandırıb.

"Kim şüurlu şəkildə vətənə xəyanət, şantaj və silahlı üsyana yol hazırlayıbsa, tezliklə cəzalandırılacaq”.- deyə Putin çıxış edib.

Rusiya Prezidentinin müraciətinin tam mətni belədir: Mən, Rusiya vətəndaşları, silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının şəxsi heyəti, hazırda öz döyüş mövqelərində vuruşan əsgər və komandirlərə müraciət edirəm. Düşmən hücumlarını qəhrəmancasına dəf edir. Mən bunu bilirəm və dünən axşam bütün istiqamətlərin komandirləri ilə yenidən danışdım. Aldatma və ya hədə-qorxu yolu ilə cinayət avantürasına sövq edilən və ağır cinayətin - silahlı üsyanın yolunu tutanlara da müraciət edirəm".

O, qeyd edib ki, ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcək: "Hərbi üsyanı təşkil edib hazırlayan, yoldaşlarına silah qaldıran Rusiyaya xəyanət etdi və buna görə məsuliyyət daşıyacaqlar. Bu cinayətə cəlb olunanları isə ölümcül və faciəvi səhvə yol verməməyə və yeganə düzgün seçim etməyə – cinayət əməllərində iştirakdan əl çəkməyə çağırıram. İnanıram ki, biz bizim üçün əziz, müqəddəs olanı qoruyub müdafiə edəcəyik və ölkəmizlə birlikdə istənilən sınaqdan çıxacağıq, daha da güclənəcəyik".

 

Pərvanə Fərhadqızı