25-də Moskvadan İrəvana biletin qiyməti indi təxminən 1 milyon dramdır.

QHT.az xəbər verir ki, “Wagner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojinin silahlı üsyana cəhdi fonunda Rusiyadan Ermənistana uçuşların biletləri sutka ərzində təxminən 10 dəfə bahalaşıb.

Rusiya prezidenti Vladimir Putin üsyançıların hərəkətlərini kriminal avantüra, Rusiyanın kürəyinə vurulan bıçaq zərbəsi və hədsiz ambisiyalara və şəxsi maraqlara səbəb olan xəyanət adlandırıb. Dövlət başçısı əlavə edib ki, xəyanət yoluna, şantaj və terror üsullarına əl atanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, Rusiya Silahlı Qüvvələri lazımi əmrləri alıb.

Moskva ərazisində, Moskva və Voronej vilayətlərində mümkün terror aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.

 

Pərvanə Fərhadqızı