Meksikada arxeoloqlar qrupu Yukatan yarımadasındakı meşəlik ərazidə qədim Maya şəhərinin qalıqlarını aşkar ediblər. 

QHT.az xəbər verir ki, qədim şəhərin hər tərəfinə çoxlu sayda silindrik daş sütunlar səpələnmiş olduğuna görə, Maya dilində daş sütun mənasını verən “Ocamtun” adı verilmişdir.

50 hektardan çox ərazini əhatə edən qədim şəhər bir neçə möhtəşəm tikiliyə, o cümlədən hündürlüyü 15 metrdən çox olan piramidaya bənzər bir neçə tikiliyə malikdir.

Bəyanatda arxeoloq İvan Spraycın mövzu ilə bağlı açıqlamaları da yer alıb. Ərazinin əhəmiyyətli bir regional mərkəz rolunu oynadığını qeyd edən Sprajc sınaq çuxurlarında dulusçuluq nümunələri topladıqlarını vurğulayıb. 

 

Pərvanə Fərhadqızı