Bu əhəmiyyətli mövzudur. Çünki Azərbaycan COP29-a ev sahibliyi edəcəkdir. Sözsüz ki Azərbaycan bu proseslərə müəyyən hazırlıqları ilə gəlməlidir. Real olaraq iqlim dəyişikliyində Azərbaycanın rolu nədən ibarətdir? Bu rolda vətəndaş cəmiyyəti özünü necə görür? Necə özünü reallaşdırmaq imkanına malikdir? Bu imkanlar yetərlidirmi? Reallaşdırmaqda vətəndaş cəmiyyətinin bilik və bacarıqları buna imkan verirmi? İndiyədək keçirilən layihələrdə vətəndaş cəmiyyəti özünü necə göstərmişdir? Ayrı-ayrı platformaların COP29 –la bağlı töhfələri nədən ibarət olacaqdır? Bütün bunlarla bağlı panel müzakirələr baş verəcək.
QHT.az xəbər verir ki, bu fikirləri bu gün “Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda keçirilən konfransın 2-ci Panelinin ( Vətəndaş Cəmiyyəti və vətəndaşlar nə edə bilər?) moderatoru, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
"Bilirsiniz ki, dünya iqlim dəyişikliklərinin aqrar sektora təsirləri barədə qlobal səviyyədə müzakirələr həyata keçiriləcək. Belə başa düşülür ki iqlim dəyişiklikləri kənd təsərrüfatına bilavasitə təsir göstərir və göstərməkdə davam edəcəkdir. Belə bir mülahizələr vardır. Biz görürük ki, Paris sazişində müzakirələr gedir. Bununla bağlı, icra vəziyyəti ilə bağlı danışıqlıqlar gedir, amma bəzi hallarda biz bunun ziyanın görürük. Bir çox böyük dövlətlər baxmayaraq ki, iqlim dəyişikliyində özlərini maraqlı kimi göstərirlər, amma bir çox hallarda bütün bu cür vəziyyətə gətirib çıxmasında onların rolları böyükdür. Çünki bir tərəfdən dövlətlərin, şirkətlərin maraqları, gəlir əldə etmək iqlim dəyişikliyinə öz təsirini göstərməkdədir. Baxmayaraq ki, bir çox öhdəliklər müəyyənləşdirilmişdir. Ümid etmək istərdik ki, COP29 çərçivəsində həyata keçirilən tədbirlərdə də bütövlükdə müsbət dəyişikliklərə gətirib çıxaracaq. Azərbaycan vətəndaş cəmiyyəti də də Azərbaycan miqyasında və regional miqyasa öz töhfələrini vermək imkanına malik olacaqlar."












