“Bu gün biz ümumu iqlim dəyişiklik istiqamətlərini nəzərdən keçirdik. Vətəndaşlarımız demək olar ki, iqlim dəyişmələrini qlobal xarakter daşıdığını bilmir. Sadəcə olaraq kənddə, qəsəbədə sel oldu, daşqın oldu, dolu düşdü, yağışlar kəskinləşdi kimi hadisələri müşahidə edirlər, xəbərləri var. Tendensiyalar hansı istiqamətdə gedir onu bilmirlər.”
QHT.az xəbər verir ki, bu fikirləri bu gün “Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda keçirilən konfransın yekunları ilə bağlı çıxışında Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib.
“Biz dünya miqyasında bir ailənnz üzvüyük və hər birimiz bu məsuliyyəti hiss etməliyik. Bu yaxında biz tanınmış ekspertlərlə youtube kanalımızda görüşlər keçirib söhbətlər aparırıq. 10 belə görüş keçirdik. Maraqlı müzakirələr, fikir bölüşmələri aparmışıq. Bu məlumatlar bu sahədə vacib bir resurs ola bilər.
Dünya əhalisi bir ailədir, o səviyyəyə çatıb ki, bir tərəfdən yer kürəsində, yəni ailədə sayımız çoxalıb, digər tərəfdən ailədə olan psixoloji problemlər və digər məsələlər baxımından kəskinləşib. Bəs biz nə etməliyik? Biz düşüncələrimizlə, davranışımızla ətrafımızı, sərvətlərimizi qorumalıyıq.”












