Danimarkada yaşayan 33 yaşlı Henrik Kriegbaum Plettnerin həyatı pişik dişləməsindən sonra kabusa çevrilib. Xəstəxanaya yerləşdirilən, 15 dəfə əməliyyat olunan və barmağı kəsilən şəxs bütün müdaxilələrə baxmayaraq oktyabr ayında dünyasını dəyişib.

 

QHT.az xəbər verir ki, Henrik Kriegbaum Plettner adlı danimarkalı kişi 2018-ci ildə sığınacaqdan pişiy balası övladlığa götürüb.

 

 

Pişiyi daşımaq istəyərkən gözlənilmədən şəhadət barmağından dişləyib.

 

Henrik əvvəlcə pişik dişləməsini ciddi qəbul etməsə də, əlinin şişdiyini və bir neçə saat ərzində iki qat böyüdüyünü görəndə təlaşa düşdü.

 

Həkimi çağırıb kömək istəyən kişiyə sabaha qədər gözləməsi bildirilib. Lakin bədbəxt adam tezliklə özünü Danimarkanın Koldinq xəstəxanasında tapdı. Bir ay xəstəxanada qalan kişi burada ardıcıl 15 əməliyyat keçirib.

 

Daha sonra onun barmağı amputasiya edilib, lakin səhhəti yaxşılaşmayıb.

 

Bəs 33 yaşlı gənc necə pişik dişləməsindən öldü?

 

Ev heyvanlarının dişləməsi nəticəsində yaranan infeksiyalara çox vaxt "Pasteurella multocida" adlı patogen bakteriya səbəb olur.

 

 

Bəzi hallarda bu, "nekrotizan fasiit" adlanan ölümcül infeksiyaya səbəb olur. Nekrotizan fasiit, həmçinin ət yeyən bakterial xəstəlik olaraq bilinir. Bu, dərialtını əhatə edən sürətlə irəliləyən dərin toxuma infeksiyasıdır. Cərrahi müdaxilə vaxtında aparılmazsa, ölümcül bir hal ala bilər.

 

Henrikin vəziyyətində, bakteriya dişləndikdən sonra damar yolu ilə bədənə daxil olduğu və qanla yayılaraq bütün bədənə yayıldığı düşünülür.