Mozambikin təhlükəsizlik qüvvələri ilə şimaldakı Kabo Delqado əyalətində fəaliyyət göstərən yaraqlılar arasında baş verən toqquşmada hökumət əməliyyatını dəstəkləyən yerli qüvvənin iki üzvü öldürülüb.
QHT.az xəbər verir ki, mənbələrə əsaəsən, silahlılar təchizat oğurlamaq məqsədi ilə Makomiya rayonunun Nova Zambezia kəndində ordunun forpostuna qarşı hücuma cəhd ediblər.
Müdafiə və Təhlükəsizlik Qüvvələri hücum edənləri dəf etməyə müvəffəq olub.
Qeyd edək ki, Mozambik hökuməti hələlik hadisə ilə bağlı açıqlama verməyib.












