İsrailli tədqiqatçılar, genləri dəyişdirilmiş toyuqlar inkişaf etdirdiklərini, bunun müqabilində, yumurtalardan yalnız dişi cücələrin çıxacağını bildiriblər.

 

QHT.az xəbər verir ki, bu kəşf hər il milyardlarla erkək cücənin məhvinin qarşısını ala bilər. 

Dünyanın hər yerində erkək cücələr yumurta qoya bilmədikləri üçün istehsalçı şirkətlər tərəfindən yumurtadan çıxan kimi öldürülür.

 

Hələ ki yumurtalarda ilkin genetik dəyişikliyin izi yoxdur.

 

Layihənin yaradıcısı - elmi işçi olan Doktor Yuval bildirib ki, onun kəşfinin inkişafı quşçuluq sənayesində heyvanların rifahına böyük təsir göstərəcək.

 

Elm adamları toyuqların yumurtalarında erkək embrionların inkişafını dayandıra bilən DNT-ni genə çeviriblər. Yumurtalar bir neçə saat mavi işığa məruz qaldıqda bu DNT aktivləşir.

Doktor Yuval bildirib ki, bu proses tamamilə təbii və xüsusi kimyəvi əlavələr olmadan həyata keçirilir.