Azərbaycanın regionlarında aparılan yeni təyinatlar ölkənin sosial-iqtisadi inkişaf strategiyasında növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

QHT.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli açıqlama verib. Ekspert bildirib ki, yeni kadr islahatları regionlarda idarəçiliyin şəffaflığını, hesabatlılığını və səmərəliliyini artırmaqla iqtisadi dinamikanın daha da güclənməsinə təkan verəcək:

“Yeni təyinatlar regionlarda idarəçiliyin şəffaflığını, hesabatlılığını və səmərəliliyini artırmaqla, iqtisadi dinamikanı gücləndirməyi, yerli resursların daha düzgün idarə olunmasını və dayanıqlı inkişafı təmin etməyi hədəfləyir”, – deyə Eyyub Kərimli qeyd edib.

QHT sədri həmçinin bildirib ki, 2024-cü ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 39,2%-i regionların payına düşüb, qeyri-neft sektorunun inkişafı hesabına bu göstərici ildən-ilə yüksəlir:

"Son beş ildə regionlarda sənaye məhsulu istehsalı 27%, kənd təsərrüfatı məhsulları istehsalı isə 18% artıb. Bu artımın davamlı olması üçün isə idarəetmədə düzgün qərarvermə və şəffaf mexanizmlər əsas şərtdir.
Yeni təyinatlar məhz bu istiqamətə xidmət edir — yerli potensialı iqtisadi dəyərə çevirmək və mərkəzdən asılılığı minimuma endirmək". 

Ardı var...

 

Pərvanə Fərhadqızı