HƏDƏF verilişində aparıcı Tofiq Abbasovun qonaqları – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov və digər ekspertlər Prezident İlham Əliyevin son çıxışında səsləndirdiyi mesajları şərh ediblər.

QHT.az xəbər verir ki, Sahib Məmmədov bildirib ki, Prezidentin xəbərdarlığı yalnız bir neçə yüksəkvəzifəli şəxsə deyil, mərkəzi və yerli icra hakimiyyəti də daxil olmaqla bütün idarəetmə strukturlarına ünvanlanıb. Hüquqşünas qeyd edib ki, ölkə başçısı çıxışında infrastruktur o cümlədən yollar, səhiyyə, təhsil infrastrukturu, su təchizatı,  məşğulluq və ətraf mühit kimi sahələrlə bağlı məsələlərə toxunub. Bu sahədə əldə edilən uğurlarla yanaşı çatışmamazlıqları da qeyd edib. Regionların inkişafı, ərazilərdə qeyri-neft sektorunun inkişafı üçün zəruri olan əsas tədbirlər həyata keçirlsə də kiçik problərin həll olunmaması nəticəsində bu sahələrdə problemlər yaranır.

  • " Ölkənin magistra, şəhərlər, kəndə və qəsəbələrarası yollarının 70–80 faizi yüksək səviyyədədir. Bununla belə hələ də qalan yolların bərpası, təmiri, yeni yolların salınmasına ehtiyac var.

Bölgələrdə müasir tələblərə uyğun xəstəxanalar, təhsil ocaqları tikilsə də tikilsə də, tibbi personal çatışmazlığı qalmaqdadır:

  • Tibbi işçilərin 64 faizi Bakı və Abşeron ərazisində cəmləşib.
  • Rayonlarda mürəkkəb tibbi avadanlıqlarla işləyə bilən mütəxəssislərin olmaması əhalinin paytaxta üz tutmasına səbəb olur".

Ekspert xatırladıb ki, ölkədə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı Milli Strategiya və tədbirlər planı mövcuddur. Lakin:

  • Suvarma qrafikləri kağız üzərində olsa da, praktikada hələ də düzgün icra olunmur.
  • Fermerlərin şikayətləri – suyun ədalətsiz bölünməsi – ciddi narazılıq yaradır.
  • “Kiçik təsərrüfatları könüllü olaraq fermer təsərrüfatlarında birləşməsi zəifdir və yox dərəcəsindədir. Bu da aqrar sektorun inkişafına mane olur.

Lakin 2016-cı ildə qəbul olunan “Kəndli təsərrüfatlarının kooperasiyası haqqında” qanun və Strateji Yol Xəritəsinə baxmayaraq, bu günə qədər ölkədə cəmi yaranan  fermer kooperativlərinin sayı heç 50-yə də çatmır. Mövcud olanlar da ya layihə əsasında yaradılıb, ya da qeyri-formal kooperativlərdir.

“Şərqi Avropada bütün xırda təsərrüfatlar kooperativlərdə birləşib. Bizdə isə qanun 10 ilə yaxındır qüvvədədir, amma nəticə minimaldır. Bu da daxili miqrasiyanı artıran səbəblərdən biridir.”

Sahib Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bütün idarəetmə strukturlarına açıq xəbərdarlıqdır:

  • sosial infrastrukturun işləməsi,
  • su ehtiyatlarının ədalətli bölünməsi,
  • aqrar sektorun düzgün təşkili,
  • miqrasiyanın azaldılması

bütün qurumların məsuliyyətli fəaliyyətindən asılıdır".

 

Pərvanə Fərhadqızı