“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Türk Dövlətləri QHT Forumunda müzakirə olunan növbəti prioritet istiqamətlər barədə QHT.az-a açıqlama verərək bildirib ki, qəbul edilən qərarlar türk dövlətləri arasında vətəndaş cəmiyyəti əməkdaşlığının yeni mərhələsini formalaşdırır:

 

 

 

4. Ortaq layihələr və qrant proqramlarının işlənməsi

QHT-lər arasında ortaq fəaliyyət planlarının hazırlanması, birgə regional layihələrin icrası, humanitar təşəbbüslərin genişləndirilməsi, şəhid ailələri, veteranlar, gənclər və sosial həssas qruplarla bağlı birgə proqramların həyata keçirilməsi də müzakirə mövzusu olub.

 

5. WUF13 – Dünya Şəhərsalma Forumunda birgə iştirak

Naxçıvanda baş tutan müzakirələrdə Türk dünyası QHT-lərinin 2026-cı ildə Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda (WUF13) vahid mövqedən çıxış etməsi, Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinin dünyaya təqdim olunmasında birgə iştirak məsələləri nəzərdən keçirilib.

 

6. Humanitar diplomatiyanın gücləndirilməsi

Türk dövlətləri arasında humanitar əlaqələrin möhkəmləndirilməsi, mədəni irs, miqrasiya, təhsil və sosial inteqrasiya sahələrində QHT-lərin rolunun artırılması xüsusi vurğulanıb.

 

7. Təcrübə mübadiləsi və QHT-lərin beynəlxalq şəbəkələrə çıxışı

Forumda QHT-lərin beynəlxalq arenaya daha fəal inteqrasiyası, Qlobal Cənub QHT Platformasında və D8 ölkələri QHT şəbəkəsində birgə fəaliyyətin genişləndirilməsi kimi təşəbbüslər də gündəmə gətirilib.