Gəncədə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə "Təmas" RİİB- nin və Gəncə 1 saylı Mediasiya Təşkilatının direktoru Südabə Məmmədova çıxış edərək ailədaxili zorakılığın qarşısının alınmasında mediasiyanın rolunu vurğuladı, münaqişələrin dinc yolla həlli və zorakılıq hallarının erkən mərhələdə aşkarlanmasının əhəmiyyətindən danışdı.

Görüşdə həmçinin mediasiya proseslərinin praktik aspektləri, ailədaxili konfliktlərin idarə edilməsi və gənclərin maarifləndirilməsində bu metodların tətbiqi barədə geniş məlumat verildi. İştirakçılar real situasiyalar üzərində müzakirələr apardılar, suallar cavablandırıldı və gender əsaslı zorakılığa qarşı effektiv strategiyalar təklif edildi.

Tədbir tələbə gənclərin fəal iştirakı ilə interaktiv şəkildə keçdi və mediasiyanın cəmiyyətdəki əhəmiyyəti bir daha vurğulandı.