“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB özəl sektorun korporativ sosial məsuliyyət (KSM) siyasətində QHT-lərin roluna həsr olunan ekspert müzakirəsini keçirir. 

QHT.az xəbər verir ki, müzakirədə KSM sahəsinin liderləri, biznes icması və QHT nümayəndələri iştirak edir, yerli və beynəlxalq təcrübələr müzakirə olunur. Layihə çərçivəsində həmçinin 26 noyabr 2025-ci ildə “Azərbaycanda KSM təcrübəsinin inkişafı: yeni çağırışlar və çoxtərəfli əməkdaşlıq” mövzusunda konfrans keçiriləcək.

Tədbirlər “Milli korporativ sosial məsuliyyət təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.